"Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu rəhbərlik etdiyi komandanın 17 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədəvlində 11-ci pillədə mövqe tutumasının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini London klubunun rəsmi saytı belə çatdırıb:
"Özümüzü bəxtsiz adlandıra bilmərik. İndiki mövqeyimiz real səbəblərdən irəli gəlir. Bu, daha çox qeyri-sabit çıxışla bağlıdır. Oyunlara qeyri-sabit heyətlə çıxmağımız da unudulmamalıdır. Bu məqamlar bizim daha yaxşı mövqedə olmağımıza problem yaradıb. Hərçənd hələ də əvvəlki kimi, komandanın böyüdüyünü hiss edirəm. Etdiklərimizdə müsbət aspektlər var. Əlbəttə, mövqeyimizi yaxşılaşdırmalıyıq".
Nihat