AZ

Az təriflər almağınız cəlbedici olduğunuzu göstərir – Psixoloq rəyi

Amerikalı psixoloq Francesca Tighineanın “Cəlbedici olduğunuzu göstərən işarələr” adlı video izləyicilərinin böyük marağına səbəb olub.

Medianews.az türk mediasına istinadən xəbər verir ki, psixoloq videonu sosial media hesabında paylaşıb.

“Nə qədər cazibədar olduğunuzu düşünürsünüzsə, tanımadığınız insanların sizə qarşı davranışlarını müşahidə edin. Kiminsə sizi cazibədar görüb-görməməsinin ilk əlaməti qaşlardan başlayır. Bir insan sizdən həqiqətən xoşuna gələndə qaşları davamlı olaraq qalxır. Sizinlə danışarkən qarşı tərəfin qaşları lazım olandan çox hərəkət edərsə, bu, onun sizi cəlbedici gördüyünə açıq işarə ola bilər”, – deyə Tighinean bildirib.

Onun sözlərinə görə, düşündüyünüzdən daha cəlbedici olduğunuzun başqa bir əlaməti insanların sizə kömək etməyə çalışmasıdır. Əgər kifayət qədər köməyə ehtiyacınız olmadığı halda insanlar sizin üçün əllərindən gələni edirlərsə, bu sizin cazibə enerjinizin çox yüksək olduğunu göstərir. Fenomen psixoloq bu vəziyyəti bu sözlərlə izah edib: “Biz şüuraltı olaraq cazibədar gördüyümüz insanlara qarşı daha mehriban və səxavətli oluruq”.

Tighineanın fikrincə, xarici görünüşünüzlə bağlı az təriflər almağınız da insanların sizi cəlbedici hesab etdiyini göstərir. Psixoloq qeyd edib ki, insanlar elə bilirlər ki, sən nə qədər gözəl və ya yaraşıqlı olduğunun artıq fərqindəsən, ona görə də fiziki olaraq sənə kompliment söyləməkdən çəkinirlər.

Psixoloq deyir ki, insanların sizi cəlbedici hesab etdiyi dördüncü əlamət digər əlamətlərdən daha sadədir. Tighinean vurğulayıb ki, bir insanın sizə baxdığı zaman gözlərində maraq görürsünüzsə, bu, yəqin ki, düşündüyünüzdən çox daha parlaq olduğunuzun göstəricisidir.

Cazibədar olduğunuzu göstərən beşinci əlamət, insanların onlara güvənsizliyiniz barədə danışdığınız zaman təəccüblənməsidir. Çünki insanlar sizin fiziki və mənəvi dəyərinizin fərqində olduğunuzu düşünür və bunun əksini dedikdə təəccüblərini gizlədə bilmirlər.

Seçilən
100
7
medianews.az

6Mənbələr