AZ

Bu 5 əlamət qarşı tərəfin sizinlə düzgün rəftar etmədiyini GÖSTƏRİR

Münasibətdə olduğunuz zaman partnyorunuz sizinlə düzgün rəftar etmirsə, bu, aranızda mübahisələrə səbəb ola bilər. Əgər partnyorunuzun davranışını bəyənmirsinizsə və nə edəcəyinizi bilmirsinizsə, münasibətinizi yenidən nəzərdən keçirməyiniz faydalı olardı.

Medianews.az xarici mediaya istinadən partnyorunuzun sizinlə düzgün rəftar etmədiyini göstərən 5 əlaməti təqdim edir:

1- Davranişinin yanliş olduğunu bilsə də, ciddiyə almır 

Partnyorun özünün pis apardığını bilməsi vəziyyəti yaxşılaşdırmır. İşləri yaxşılaşdırmağın yeganə yolu bu vəziyyəti düzəltmək üçün hərəkətə keçməkdir.

 2- Ətrafindaki hər kəsini günahladirsa

Əgər partnyorunuz öz hərəkətlərinin nəticələrini qəbul etmirsə və günahı başqasının üzərinə qoyursa, bunu edənin heç vaxt öz hərəkətlərinə görə məsuliyyət daşımayacağını qəbul etməlisiniz. Bu vəziyyətdə ən yaxşı həll əlaqəni bitirmək ola bilər.

3 – Əgər bəhanələrə sığınırsa

İnsanlara layiq olmadığı şəkildə rəftar edib bunu öz haqqı hesab edərək müxtəlif bəhanələr gətirirsə, səhvləri ilə üzləşməkdən çəkinir.

4 – Sizin narahat olduğunuzu görüsə və bunu fərqinə verməsə

Əgər partnyorunuz sizi incitdiyi, narahat etdiyi və ya utandırdığı zaman laqeyd davranarsa, daha çox üzülmədən o insanı həyatınızdan çıxara bilərsiniz.

5 – Əgər o sizinlə maraqlanmırsa

Əgər partnyorunuz etdiyi şeylərdən peşman deyilsə və ya sizi incidib hisslərinizə dəyər vermirsə və buna görə də heç bir şey olmamış kimi davranırsa, bu o deməkdir ki, sizinlə maraqlanmır.

Seçilən
15
7
medianews.az

6Mənbələr