"Bolt" taksi şirkətinə məxsus avtomobili idarə edən sürücü manevr qaydasını pozaraq təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 12-də, paytaxtın Teymur Elçin küçəsində qeydə alınıb.
Belə ki, sözügedən küçədən sola Lermontov küçəsinə dönən 77-UX-635 qeydiyyat nişanlı "BYD" markalı avtomobilin sürücüsü qaydaları pozub. O, sol zolaqdan manevr edən zaman qismən sağ zolağa keçib. Nəticədə görüntünü qeydə alan sürücünü sıxışdıraraq təhlükə yaradıb.
Sözügedən videonu təqdim edirik.
Fərid