Avropa İttifaqının Volodimir Zelenskinin Ukrayna ərazisindən qaz tranzitini dayandırmaq qərarına göz yumması gərginliyin artmasına və cavab tədbirlərinə səbəb ola bilər.
APA xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitsonun Avropa Komissiyası və Avropa Şurası rəhbərlərinə göndərdiyi məktubda deyilir.
O, Volodimir Zelenskinin birtərəfli hərəkətlərinə səssiz razılığın irrasional və yanlış olduğunu, bunun da öz növbəsində vəziyyəti daha da pisləşdirəcəyini qeyd edib.
Fitso həmçinin xatırladıb ki, Zelenski Avropa İttifaqı və bu məsələdə maraqlı dövlətlərlə əvvəlcədən məsləhətləşmədən öz ərazisindən qaz tranzitini dayandırdığını elan edib.