AZ

QALMAQAL - Zelenski Fitsoya niyə pul təklif etdiyini AÇIQLADI

Kiyev Slovakiyanın baş naziri Robert Fitsoya Rusiya qazının respublikaya tranzitini dayandırılması qarşılığında kompensasiya təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.

“Biz bunu etməyə hazır idik. Lakin Fitso slovaklar üçün kompensasiya almaq istəmədi. O, Avropa Komissiyası ilə əməkdaşlıq etmək istəmir”, — deyə Ukrayna prezidenti qeyd edib.

Zelenski Fitsonun “Moskvanı daha sərfəli hesab etdiyini” vurğulayıb. Bundan əlavə, Ukrayna lideri Slovakiya baş Nazirini “pul üçün mübarizə aparmaqla” şəxsi maraqlarını güdməkdə ittiham edib.

Musavat.com

Seçilən
51
24
musavat.com

10Mənbələr