AZ

Zelenski: Kiyev Rusiya qazı əvəzinə Fikoya təzminat təklif edib...

Ukrayna Rusiya qazının Slovakiyaya tranzitini dayandırdığı üçün Slovakiyanın baş naziri Robert Fikoya təzminat təklif edib...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Biz bunu etməyə hazır idik. Fiko slovaklara təzminat istəməyib. O, Avropa Komissiyası ilə əməkdaşlıq etmək istəmir”, deyə Ukrayna prezidenti qeyd edib.

Zelenski Ficonun “Moskvanı daha sərfəli hesab etdiyinə” diqqət çəkib. Bundan əlavə, Ukrayna lideri hesab edib ki, Slovakiyanın baş naziri şəxsi maraqları uğrunda mübarizə aparır.

Xatırladaq ki, dekabrın 20-də Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Zelenski Brüsseldəki danışıqlar zamanı Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasına dəstək vermək üçün ona Rusiya aktivlərindən 500 milyon avro təklif edib. Baş nazir əlavə edib ki, o, bu puldan imtina edib və Ukraynanın NATO-ya dəvətini qeyri-real adlandırıb.

Dekabrın 22-də Fiko Moskvaya səfər edib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər danışıqların bütün təfərrüatlarını açıqlamasalar da, qaz tranzitinin müzakirə edildiyi məlumdur.

Poliqon.info

Seçilən
56
24
poliqon.info

10Mənbələr