AZ

“Barsa” “ilişib” – PSJ “səngər”dən çıxdı

Bu gün, 13:26

“Barselona”nın yarımmüdafiəçisi, İspaniya millisinin heyətində Avropa çempionu olan Daniel Olmo karyerasını Fransada davam etdirə bilər.
Publika.az xəbər verir ki, “Sport.es”in məlumatına görə, 26 yaşlı futbolçu ilə bağlı vəziyyəti İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrikenin rəhbərlik etdiyi PSJ diqqətlə izləyir.
Daha əvvəl məlum olmuşdu ki, kommersiya məhkəməsi “Barselona”nın Olmonu mövsümün ikinci hissəsi üçün La Liqada qeydiyyatdan keçirmək tələbini rədd edib. Olmonun İspaniya çempionatı üçün hazırkı qeydiyyat müddəti dekabrın 31-də başa çatı.
“Barselona” Andres Kristensenin zədəsi səbəbindən ciddi zədələr olduqda oyunçuları qeydiyyatdan keçirmək fürsətindən istifadə edib.
“Barselona”dakı ilk mövsümündə Olmo bütün yarışlarda 15 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
54
7
Reportyor.tv

8Mənbələr