AZ

Qvardiola: “Mançester Yunayted”ə məğlubiyyət bizi öldürdü”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”ın psixi vəziyyətinə ən çox təsir etmiş oyun haqda söhbət açıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mançester Yunayted”lə görüş (“Mançester Siti” Premyer Liqanın 16-cı turu çərçivəsində evdə “qırmızı şeytanlar”a 1:2 hesabı ilə uduzub – redaktorun qeydi) bizim inamımızı xeyli sarsıtdı. Bu oyun bizi öldürdü. Bu oyun psixoloji baxımdan gərgin keçdi, ardınca isə “Aston Villa” və “Everton”la çətin oyunlar oldu.

Biz qələbələrə can atmalıyıq, həyat belədir. Futbolçuların əksəriyyəti döyüşə hazır olduqlarını bir daha sübut etdilər”, deyə Qvardiola vurğulayıb.

Vurğulayaq ki, “şəhərlilər” bütün yarışlar çərçivəsində son 14 oyunda cəmi 2 qələbə qazanıblar. Bir qayda olaraq “Mançester Siti” ya uduzub, ya da heç-heçə ilə kifayətlənib.

19 oyundan 31 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Seçilən
96
48
arena.az

10Mənbələr