AZ

"Legioner limiti problemdisə, onda 15-ci problemdi" - Erkin İbrahimov

Növbəti mövsümdən legioner limitinin tam ləğv olunacağı gözlənilir. Yəni indi çempionatda “7+4” sistemi varsa, növbəti mövsümdən meydana 11 legioner eyni anda çıxa biləcək.

Bu məsələ AFFA İcraiyyə Komitəsinin son iclasında da müzakirə olunub. Bəs limit götürüləcəksə, ölkənin əsas və U-21 yığmasının heyəti necə formalaşdırılacaq? Yerli futbolçular legioner həyatına həvəs göstərəcək, yoxsa karyerasını 1-2-ci liqalarda davam etdirəcək?

“Football-plus.az” bu sualları tanınmış menecer Erkin İbrahimova ünvanlayıb:

“Hazırda bizim futbolun problemi legioner limiti deyil. Elə məsələlər var ki, daha çox onların üzərinə düşmək lazımdı. Legioner limiti problemdisə, onda 15-ci problemdi. Bu məsələni həll etmək istəmələri mənə çatmır. Heç kimə xoş deyil ki, 11 legioner oynasın. Bəzi yerli futbolçular əziyyət çəkmədən oynayırlar. Hansısa ortaq məxrəcə gəlmək lazımdı. Birdən-birə limiti ləğv etmək düzgün deyil. Bu məsələnin bir üstünlüyü o olacaq ki, 1-ci liqa daha da güclənəcək. 1-ci liqanın səviyyəsində ciddi artım var. Belə getsə, 1-ci liqa ilə premyer-liqa arasında olan fərq yox olacaq. Müsbət yön kimi bunu deyə bilərəm. U-19-un futbolçularının hamısı əvəzedicilərdə oynayır. Federasiya pedaqoq rolunu oynamalıdı. Nə qədər U-19, U-21 futbolçularını oynatsan, bir o qədər də bonus alacaqsan. Həmişə alternativlər olmalıdı. Futbol canlı orqanizm kimidi. Balanslaşdırılmış şəkildə olmalıdı, yoxsa fəsadları gözləmədiyimiz kimi ola bilər. Yəqin ki, federasiya bütün bunları nəzərə alıb”.


ƏSƏD SEYİDOV
Seçilən
118
8
football-plus.az

9Mənbələr