Bu sözləri QOL.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü, hazırda "Araz-Naxçıvan"ın məşqçisi işləyən Əfran İsmayılov deyib.
Son vaxtlar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında Azərbaycan futbolunda legioner limitinin tamamilə ləğvi ilə bağlı məsələnin müzakirə ediləcəyinə dair xəbərlər yayılıb. Hazırda bu məsələ mediada mütəxəssislər tərəfindən müzakirə edilir.
Ə.İsmayılov bildirib ki, legioner limiti aradan qaldırılarsa, yerli futbolçular problemlərlə üzləşəcəklər: "Onda gərək akademiyaları, futbolçu yetişdirməyi, strategiyanı kənara qoyaq. Avrokuboklar üçün oynayan komandalar legionerlərlə daha irəli gedəcək. Amma fakt budur ki, yerli futbolçular yetişməyəcək. Heç kim akademiyaya önəm verməyəcək.
Bəziləri deyir ki, legioner limiti ləğv olunsa, azərbaycanlı futbolçular xarici klublarda oynayacaqlar. Kim gedəcək? Hansı azərbaycanlı futbolçu xaricdə oynayacaq? Bu da maraqlıdır. Cəmi 1-2 futbolçu gedə bilər. Onlar da Toral Bayramov, Elvin Cəfərquliyevdir. Bir sözlə, legioner limitinin ləğvi mövzusu çox acınacaqlı məqamdır. 4-5 klub legionerlər gətirəcək, qalanları da hansı azərbaycanlıları transfer edəcək, hansılar etməyəcək, sual altındadır. Bu, Azərbaycan futbolunun çöküşü olar.
Necə olacağını zaman göstərəcək. Hansı qərar qəbul edilsə, çalışacağam ki, hörmətlə yanaşım. Amma öz şəxsi fikrimdir ki, bu, məyusedici bir qərar olar. O zaman Azərbaycanın olmayan Azərbaycan futbolu da yoxa çıxacaq. Hansı futbolçular milli komandada oynayacaq? Onsuz da çox yerli futbolçu oynamırdı. Çünki uşaq yetişirdi, 19, 21 yaşa kimi gəlirdi. Əsas komandalara çatanda isə məşqçilər risk edib onları oynatmırdılar. Həmin məşqçini də başa düşürdüm".
Əfran İsmayılov düşünür ki, limit ləğv olunsa, klublar yerli futbolçunu heç yaxına da buraxmayacaqlar: "U-19-da da oynatmaq istəməyəcəklər. Çünki biləcəklər ki, onsuz da əsas komandada çıxış etməyəcək".
9Mənbələr
-
bizim.mediaAFFA legioner limitini ləğv edir? – VİDEOREPORTAJ ( 14717539)
-
apasport.azAzərbaycan futbolunda legioner limiti ləğv olunmalıdır, ya yox? - SORĞU ( 14683041)
-
demokrat.az"Limit ləğv edilsə, olmayan futbolumuz da yoxa çıxacaq" ( 14678907)
-
teleqraf.com"Limit ləğv edilsə, olmayan futbolumuz da yoxa çıxacaq" ( 14676777)
-
fed.azLegioner limitini keçən klublar 100 min manat ödəməli olacaqlar ( 14624121)
-
oxu.azLegioner limitini keçən klublar 100 min manat ödəməli olacaqlar ( 14620507)
-
football-plus.az“Legioner limitinin aradan qaldırılması AFFA İcraiyyə Komitəsinin böyük və taleyüklü səhvi olacaq” - menecer ( 14549849)
-
football-plus.az"Legioner limiti problemdisə, onda 15-ci problemdi" - Erkin İbrahimov ( 14526277)
-
sportinfo.azAFFA-dan gələn bu xəbər Premyer Liqa klublarını ŞOK EDƏCƏK! ( 14518369)