AZ

Rusiyanın bu ərazisində havanın temperaturu -51 dərəcəyə düşdü

Rusiyanın Yakutiya ərazisində havanın temperaturunun mənfi 51 °C-ə düşəcək.

Ekologiya.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə yerli sinoptiklər xəbərdarlıq yayıb.

Sİnoptiklər şəhər sakinlərinə və qonaqları kəskin soyuq hava ilə bağlı xəbərdarlıq edib, bölgədə fırtına olacağını bildirib.

"2025-ci il yanvarın 1-dən yanvarın 4-dək Yakutsk və onun ətrafında anomal soyuq hava müşahidə olunub, orta sutkalıq havanın temperaturu normadan 7 °C və daha çox aşağı düşüb", - xəbərdarlıqda qeyd olunur.

Yanvarın 2-nə olan proqnoza görə, Yakutskda havanın temperaturu gecə mənfi 51°C-ə enə bilər.

Seçilən
54
7
ekologiya.az

7Mənbələr