Yanvarın 27-dən fevralın 4-dək Buryatiya Respublikasının əksər rayonlarında anomal soyuq hava şəraiti gözlənilir.
“İki sahil” Rusiya mediasına istindla xəbər veri ki, bu haqda Transbaikal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Departamenti məlumat yayıb. Qeyd edilir ki, bu günlərdə orta sutkalıq temperatur iqlim normasından 7°C və daha çox aşağı olacaq.
Departamentin Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin Buryatiya mərkəzi aydınlaşdırır ki, yanvarın 28-nə keçən gecə respublikanın bəzi ərazilərində havanın temperaturu -45 dərəcəyədək, yanvarın 29-da və 30-da isə -46 dərəcəyədək enəcək. Havanın temperaturu gündüz -27°C-dən aşağı düşməyəcək.
Bunun fonunda Buryatiyanın Fövqəladə Hallar Nazirliyi sakinləri uzun səfərlərdən və dağ marşrutlarından çəkinməyə çağırıb. Yanvarın 27-də Ulan-Ude administrasiyası şəhərdə səhər havanın temperaturunun -33°C olması səbəbindən ibtidai sinif şagirdləri üçün məktəblərdə əyani dərsləri ləğv edib. Şəhər rəhbərliyi əlavə edir ki, gələcəkdə şaxtalı günlərdə dərslərə gedib-gəlməmək barədə qərarı valideynlər verəcək.