AZ

SON DƏQİQƏ! Ermənilər Laçındakı mövqelərimizi yenidən ATƏŞƏ TUTDU

Ordumuzun Laçın rayonu istiqamətindəki mövqeləri yenidən atəşə tutulub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

"Yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, dünən 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub

Bizim.Media

Seçilən
7
50
bizim.media

10Mənbələr