Ukrayna prezidenti Vladimir Zelenskinin Belarus dövlət başçısı Aleksandr Lukaşenkonun Rusiya-Ukrayna müharibəsinin ilk günlərində ondan üzr isməsi barədə dediklərinə aydınlıq gətirilib.
Leqal.info BELTA-ya istinadən xəbər verir ki, Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont həmin dövrdə Belarusun dövlət başçısının kiçik oğlu Nikolayın emosional fikirlərinə görə liderlər arasında telefon söhbətinin olduğunu təsdiqləyib.
O bildirib ki, danışıq əsnasında A. Lukaşenko ilk növbədə V. Zelenskiyə bu münaqişənin Ukrayna ərazisində baş verdiyini və çoxsaylı insan ölümlərinə görə məhz onun məsuliyyət daşıdığını xatırladıb: “Buna görə də Prezident Aleksandr Lukaşenko tərəfləri danışıqlar masası arxasına əyləşməyə çağırıb. Nəticədə həm Belarusda, həm də İstanbulda tərəflər arasında üç mərhələli danışıqlar baş tutub” – N. Eysmont belə deyib.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta