AZ

ABŞ dövlət katibi amerikalı qadının Belarusda azadlığa buraxıldığını elan edib

Belarus birtərəfli qaydada amerikalı Anastasiya Nuferi “ABŞ prezidentinin sayəsində” azad edib. Bu barədə ABŞ dövlət katibi Marko Rubio X sosial şəbəkəsində məlumat verib.

O, ABŞ vətəndaşının azad edilməsinin ABŞ lideri Donald Trampla Belarus prezidenti Aleksandr Lukaşenkonun şəxsi təmaslarının nəticəsi olub-olmadığını dəqiqləşdirməyib.

Rubionun sözlərinə görə, Nufer Co Baydenin prezidentliyi dövründə həbs edilib.

Avqustun ortalarında Lukaşenko etiraz aksiyaları ilə bağlı cinayətlərə görə məhkum olunmuş 30 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb. 14 qadın və 16 kişi azad edilib. Prezidentin mətbuat xidməti qeyd edib ki, əfv olunan şəxslər təqsirlərini etiraf ediblər, “törətdikləri əməllərdən ürəkdən peşman olublar və qanuna tabe olan həyat tərzi keçirməyə sadiq qalıblar”.

İyulun 30-da Lukaşenko respublikada terrorizmdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Riko Krigeri əfv edib. 30 yaşlı Kriiger Belarus məhkəməsi tərəfindən cinayət məcəlləsinin 6 maddəsi ilə təqsirli bilinib və Belarus prezidentinə əfv üçün müraciət edib.

Bundan əvvəl Belarusun əfv etdiyi Krigerə qarşı Almaniyada iş açılıb.

Oxuməni.az

Seçilən
11
21
oxumeni.az

10Mənbələr