AZ

Millimizə yeni məşqçi təyin edildi - RƏSMİ

Millimizdə yeni məşqçi təyinatı gerçəkləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Rəşad Eyyubov millimizin məşqçisi təyin olunub. O, Fernando Santuşun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışacaq. Eyyubovla müqavilə 2028-ci ilə kimi nəzərdə tutulub.

Qeyd edək ki, Rəşad Eyyubov futbolçu karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə”ın formasını geyib. O, 2015-19-cu illərdə millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis “Sabah”ınU-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.

Seçilən
33
30
football-plus.az

10Mənbələr