AZ

Bu il pensiyaların ödənilməsinə 7 milyard manatdan çox vəsait ayrılacaq

Bu il pensiya ödənişlərinə ötən ilə nisbətən 710 mln. manat çox olmaqla 7 mlrd. 210,5 mln. manat vəsait ayrılıb. 

Modern.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, 2018-ci ildən indiyədək həmin vəsait  2 dəfə artıb.

Aparılan islahatlar çərçivəsində pensiya artımlarının davamlı xarakter alması pensiya təminatı üzrə ödənilən vəsaitlərin də mütəmadi artımı ilə nəticələnir.

Növbəti sosial islahat paketi olaraq gələn ayın 1-dən minimum pensiyanın 280 manatdan 320 manata çatdırılması, həmçinin bu ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərdə tutulur.

Bu artımlarla əlaqədar olaraq 2025-ci ildə də pensiyalarının ödənilməsi xərclərində artım dinamikası davam edəcək.

Cari ildə əmək pensiyalarının ödənilməsi xərcləri üçün 7 mlrd. 210 mln. 530 min manat nəzərdə tutulub ki, bu da keçən il müvafiq istiqamətdə ayrılan vəsaitdən 710 mln. manat və ya 11 faiz çoxdur.

 

Seçilən
25
13
modern.az

7Mənbələr