Bakı. Trend:
Aparılan islahatlar çərçivəsində pensiya artımlarının davamlıxarakter alması pensiya təminatı üzrə ödənilən vəsaitlərin dəmütəmadi artımı ilə nəticələnir. Növbəti sosial islahat paketiolaraq gələn ayın 1-dən minimum pensiyanın 280 manatdan 320 manataçatdırılması, həmçinin bu ilin əvvəlindən pensiyalarınindeksləşdirilərək artırılması da nəzərdə tutulur.
Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin artımlarla əlaqədar olaraq 2025-ci ildə dəpensiyalarının ödənilməsi xərclərində artım dinamikası davamedəcək.
Cari ildə əmək pensiyalarının ödənilməsi xərcləri üçün 7 milyard210 milyon 530 min manat nəzərdə tutulub ki, bu da keçən il müvafiqistiqamətdə ayrılan vəsaitdən 710 milyon manat və ya 11 faizçoxdur.
Ümumilikdə isə pensiyalar üzrə ayrılan illik vəsait 2018-ciildən ötən dövrdə 2 dəfə artıb.