AZ

Bakı polisi 10 min manat tapdı, sahibini axtarır

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bu gün Səbail rayonundakı Əl Oyunları Sarayında keçirilən beynəlxalq basketbol yarışında polis əməkdaşları tərəfindən 10 min manat məbləğində pul tapıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, Elşad Hacıyev sosial media hesabında etdiyi paylaşımda bildirib: “Xahiş edirik, pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər.”

Hazırda polis əməkdaşları həmin vəsaitin sahibini müəyyənləşdirmək üçün işlərini davam etdirirlər. Əgər pulu itirən şəxs varsa, ən qısa zamanda hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaları tövsiyə olunur.

Musavat.com olaraq, bu cür nümunəvi addımı yüksək qiymətləndirir və vətəndaşları diqqətli olmağa çağırırıq. Hadisənin davamını izləyəcəyik.

 

Musavat.com

d8e4b7bf-8501-4103-98e6-fc68b22bbfdf.jpg

Seçilən
40
1
musavat.com

2Mənbələr