Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bu gün Səbail rayonundakı Əl Oyunları Sarayında keçirilən beynəlxalq basketbol yarışında polis əməkdaşları tərəfindən 10 min manat məbləğində pul tapıldığını açıqlayıb. Elşad Hacıyev sosial media hesabında etdiyi paylaşımda bildirib: “Xahiş edirik, pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər.”
Hazırda polis əməkdaşları həmin vəsaitin sahibini müəyyənləşdirmək üçün işlərini davam etdirirlər. Əgər pulu itirən şəxs varsa, ən qısa zamanda hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaları tövsiyə olunur.
Tarix: 7 Yanvar 2025, 21:16