AZ

Afrikada saxlanılan gəmilər Xəzər Dəniz Gəmiçiliyinə aid deyil

Afrika qitəsində saxlanılan gəmilər ASCO-ya aid deyil.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev bildirib.

O deyib ki, belə hallarda dənizçilər və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırlar: Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır.

Qeyd edək ki, Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edildiyinə dair məlumat yayılıb. Gəmilərin Bakıdan yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrika - Eritreya istiqamətinə yönəldiyi, guya Eritreya sularına daxil olduğu üçün saxlanıldığı bildirilir.

Seçilən
9
10
apa.az

10Mənbələr