Bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev bildirib. O deyib ki, belə hallarda dənizçilər və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırlar: “Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır”.
Qeyd edək ki, Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edildiyinə dair məlumat yayılıb. Gəmilərin Bakıdan yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrika - Eritreya istiqamətinə yönəldiyi, guya Eritreya sularına daxil olduğu üçün saxlanıldığı bildirilir.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta