Rumıniya vətəndaşları mart ayından etibarən ABŞ ərazisinə vizasız daxil ola biləcəklər.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Agerpres” agentliyinə Rumıniyanın xarici işlər naziri Emil Hurezanu məlumat verib.
Nazir bildirib ki, ölkə vətəndaşları yalnız ESTA - Səyahət Avtorizasiyası üçün Elektron Sistem platforması vasitəsilə ABŞ qurumlarını səfərləri barədə xəbərdar etməli olacaq.
İndiyədək ABŞ-yə səfər etmək istəyən rumınlar Amerika konsulluğunda müsahibədən keçməli və viza xərclərini ödəməli idilər