Rumıniya vətəndaşları mart ayından etibarən ABŞ ərazisinə vizasız daxil ola biləcəklər.
Bu barədə “Agerpres” agentliyinə Rumıniyanın xarici işlər naziri Emil Hurezanu məlumat verib.
Nazir bildirib ki, ölkə vətəndaşları yalnız ESTA - Səyahət Avtorizasiyası üçün Elektron Sistem platforması vasitəsilə ABŞ qurumlarını səfərləri barədə xəbərdar etməli olacaq.
İndiyədək ABŞ-yə səfər etmək istəyən rumınlar Amerika konsulluğunda müsahibədən keçməli və viza xərclərini ödəməli idilər.
"Cebheinfo.az"