AZ

Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib - YENİLƏNİB

Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib.

APA-nın Ermənistan KİV-ə istinadən məlumatına görə, layihə Parlamentin müzakirəsinə göndərilib.

11:10

Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanmasını müzakirə edəcək.

APA-nın Ermənistan KİV-ə istinadən məlumatına görə, bu məsələ üzrə diskussiyaların hökumətin bugünkü iclasında keçirilməsi nəzərdə tutulur.

Ermənistanın baş naziri Nikol Paşinyan məsələyə münasibət bildirib.

O, bəyan edib ki, Parlamentin müvafiq qanunu qəbul edib-etməyəcəyindən asılı olmayaraq, ölkənin sözügedən qurumun üzvlüyü ilə bağlı son qərar ümumxalq referendumunda verilməlidir.

Seçilən
2
5
apa.az

7Mənbələr