AZ

Şabranda xəsarət yetirilən məktəblinin vəziyyəti açıqlanıb

Yanvarın 8-də saat 11:00 radələrində Şabran rayon sakini 17 yaşlı şəxs (kişi cinsli) baş, göz və əl nahiyələrində əzilmiş və cırılmış yaralar diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.

Bu barədə AzEdu.az APA-ya istinadən xəbər verir. 

Qeyd olunub ki, ona zəruri tibbi yardım göstərilib və ixtisaslı tibbi xidmət alması məqsədilə Bakı Elmi-Tədqiqat Göz Xəstəlikləri Klinikasına göndərişlə təmin olunub.

DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov APA-ya bildirib ki, məktəblilərin arasında baş verən münaqişə ilə bağlı hazırda Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, Şabranda 11-ci sinif şagirdinə onunla eyni məktəbdə təhsil alan 10-cu sinif şagirdinin xəsarət yetirdiyi bildirilir.

Seçilən
19
50
azedu.az

10Mənbələr