Şabran polis şöbəsinin əməkdaşları rayonun Günəşli kənd sakini Niftəli Osmanovu yol kənarında motorlu odun doğrayan mişarla sözügedən kənd ərazisində ağac kəsərkən saxlayıblar.
Avtosfer.az xəbər verir ki, məlumatı "Bizim.Media"ya DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov təsdiqləyib.
Qeyd edilib ki, N.Osmanovun izahatı alınaraq, sərbəst buraxılıb.
Hazırda Şabran polis şöbəsinin təhqiqat qrupunda araşdırma aparılır.