Kaliforniyada yanğınsöndürən təyyarə yanğınla mübarizə apararkən pilotsuz uçuş aparatı (PUA) ilə toqquşub.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) məlumat yayıb.
Bildirilib ki, qəzaya uğrayan Kaliforniya yanğınsöndürənlərində cəmi 2 ədəd olan “Canadair CL-415 Super Scooper” təyyarələrindən biri olub.
Toqquşma nəticəsində təyyarə sıradan çıxıb.
Məlumata görə, hadisə nəticəsində Los-Anceles ərazisində uçuşlar məhdudlaşdırılıb.
Araşdırma başlanılıb.