AZ

Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir - Kamaləddin Qafarov

Bakı. Trend:

"Ölkə Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziyakanallarına verdiyi müsahibəsində istər ötən ildə əldə olunmuş uğurgöstəriciləri, istərsə də qarşıda duran yeni vəzifələr barədədetallı açıqlamalar təqdim olunmuşdur. Düşünürəm ki, həm yerli, həmdə xarici ictimaiyyətin diqqətini cəlb edən önəmli məqamlardan biridə möhtərəm dövlət başçımızın Azərbaycanın dünyada yüksək nüfuzasahib olan D-8 İslam ölkələri birliyinə üzv qəbul edilməsi iləbağlı səsləndirdiyi fikirlər oldu”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisindeputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, bu təşkilat bundan sonra D-9adlandırılacaq, çünki məhz Azərbaycan bu quruma üzv olan doqquzuncuölkə oldu. “Məlumdur ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatlarlasıx əməkdaşlıq edir, həmin təşkilatların üzvüdür və bu proses dədavam edir. Keçən ilin dekabr ayının 19-da isə Azərbaycan D-8-ə üzvqəbul edildi. Bununla da həmin təşkilat demək olar ki, 30 ildənsonra Azərbaycanla öz sırasını genişləndirdi. Cənab Prezidentbununla bağlı səsləndirilən sualı cavablandırarkən birmənalı olaraqvurğuladı ki, bu, bizim üçün növbəti uğurlu addım oldu. ÇünkiAzərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu birdaha göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyüktəşkilatdır. Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvüolmuşdur. O cümlədən, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərininaçıqlamalarından da hər zaman bu qənaətə gəlmək olur ki, butəşkilat da bütün dövrlərdə Azərbaycanla bağlı çox müsbət fikirdəolub. Azərbaycan daim bir çox müsəlman ölkələrinə yardımlar edib.Cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşmasıfonunda Türk Dövlətləri Təşkilatının, eləcə də D-8-in dünyamiqyasında ciddi güc mərkəzinə çevrilə biləcəyi barədə dedikləriisə, birmənalı olaraq, bütün Türk və İslam dünyasını həmrəyliyəçağıran ciddi mesajdır.”

Fikirlərini davam etdirən K.Qafarov daha sonra cənab Prezidentİlham Əliyevin yeni dünya nizamının formalaşması prosesindəAzərbaycanın rolu ilə bağlı səsləndirdiyi fikirlərin önəminivurğulayaraq deyib: “Dövlətimizin başçısı birmənalı olaraq bildirdiki, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Yəni Azərbaycansadəcə burada yeni nizamın necə olacağını gözləməməlidir.Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir və məsuliyyətbaxımından da xüsusi çəkiyə malikdir. Yeni nizam ədalətli olmalıdırvə bu, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur.Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xəttisuverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlifbəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək kimiprinsipial əsaslar üzərində qurulmuşdur. Ölkəmiz öz siyasətilə,sərmayə qoyuluşu ilə Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyatvə energetika xəritəsini yaratmışdır. Bir tərəfi Xəzər üzərindənOrta Asiyaya, bir tərəfi Avropaya uzanan bu böyük coğrafiyadaAzərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Bu günmüstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Bunagörə də, möhtərəm dövlət başçımızın dediyi kimi, yeni dünya nizamıtam formalaşma prosesinə düşəndə Azərbaycanın mövqeyi də ən azıCənubi Qafqazda və Xəzər hövzəsində nəzərə alınacaq və biz bunahazır olmalıyıq.”

Seçilən
6
14
az.trend.az

10Mənbələr