Yanvarın 10-u Bakı şəhəri, Əhmədli qəsəbəsində bir neçə nəfərin iştirakı ilə əlbəyaxa dava olub.
Bu barədə görüntülər sosial mediada yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda sözügedən hadisə barəsində araşdırma aparılır:
"Görüntülərdən məlumatlıyıq. İnsidentdə iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində hazırda araşdırma aparılır".
Aygün Mirakif
Mənbə: oxu.az