AZ

İsveçrə Tramp və Putin arasında görüş təşkil etməyə hazırdır

İsveçrə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin xahişi ilə görüşü təşkil etməyə hazırdır. Bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin informasiya xidmətinin rəhbəri Nikolas Bido yanvarın 10-da İsveçrənin “Le Temps” qəzetinə deyib. 

“Bürgenştokda keçirilən sammitdən sonra Ukrayna, Rusiya və ABŞ-ı müntəzəm olaraq sülhün bərqərar olması üçün istənilən diplomatik səyləri dəstəkləməyə hazır olduğumuz barədə məlumatlandırmışıq”, - XİN nümayəndəsi bildirib.

“Le Temps”in qeyd etdiyi kimi, İsveçrə hakimiyyəti danışıqların təşkili təşəbbüsü ilə çıxış etmək niyyətində deyil. Nəşr qeyd edir ki, İsveçrə Tramp və Putin arasında görüşə ev sahibliyi etməyə hazır olan bir neçə ölkədən biridir.

Donald Tramp bundan əvvəl Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün RF prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb. Tramp yanvarın 7-də deyib ki, ABŞ prezidenti kimi səlahiyyətlərinin icrasına başladıqdan sonra altı ay ərzində Putinlə görüşəcəyini gözləyir. Yanvarın 10-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, danışıqların təşkili ilə bağlı heç bir konkretlik yoxdur.

Seçilən
12
16
buta.media

10Mənbələr