Bu gün Misli Premyer Liqasında çıxış edən Azərbaycanın bir neçə klubu yoxlama oyununda qüvvəsini sınayıblar.
QOL.az xəbər verir ki, ilk olaraq "Sabah" və "Şamaxı" klubları üz-üzə gəliblər.
Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək görüş saat 15:00-da start götürüb. Matç Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Cesse Sekidika, Xəyal Əliyev vurub.
"Sabah" hazırda 26 xalla 5-ci, "Şamaxı" isə 17 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu, "Sabah"ın qış hazırlığında ilk yoxlama matçı olacaq. "Şamaxı" isə ilk sınaq oyununda "Zirə"yə uduzub - 1:3.