AZ

Qəbələdə qanunsuz tikili sökülüb - FOTO

Qəbələdə qanunsuz tikinti işlərinin qarşısı alınıb.

Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən Qəbələ ərazisində özbaşına tikililərin qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir.

"Operativ Media" xəbər verir ki, Rayon icra hakimiyyətinin məlumatına görə, növbəti monitorinq zamanı rayonun Zarağan kəndi ərazisində magistral yol kənarında özbaşına qeyri-yaşayış obyektinin tikildiyi aşkarlanıb, söküntü işləri aparılaraq ərazi boşaldılıb.

Seçilən
15
3
operativmedia.az

4Mənbələr