Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən Qəbələ ərazisində özbaşına tikililərin qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir.
Rayon icra hakimiyyətindən Avtosfer.az-a bildirilib ki, növbəti monitorinq zamanı rayonun Zarağan kəndi ərazisində magistral yol kənarında özbaşına qeyri-yaşayış obyektinin tikildiyi aşkarlanıb, söküntü işləri aparılaraq ərazi boşaldılıb.