AZ

İran və Rusiya birləşir – kimə qarşı?

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian ölkələr arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar.

Bu, yanvarın 17-də baş verəcək.

Editor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib. Sazişin mühüm hissəsi ticarət, iqtisadi və enerji sahəsində əməkdaşlıq, həmçinin müdafiə və təhlükəsizliklə bağlı məsələlərdə tərəfdaşlıq olacaq. Müqavilə 2014-cü ildən hazırlanır. Əvvəlki müqavilə 2001-ci ildə imzalanıb. Sazişin yenilənməsi zərurəti ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsindən irəli gəlir.
Bundan əvvəl İranın Rusiyadakı səfiri Kazem Cəlali bəyan etmişdi ki, Moskva və Tehran arasında saziş ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir. Cəlalinin sözlərinə görə, sənəd 47 maddədən ibarətdir.

//Samir Qurbanov, Editor.az

Seçilən
6
50
editor.az

10Mənbələr