Müğənni Gülay Zeynallı başına gələn hadisəni danışıb.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, "Afaqla onlar" verilişinə qatılan sənətçi nəzərə gəldiyini deyib:
"Allah hamını gözdən, nəzərdən uzaq etsin. Çox pisdir. Tez nəzərə gələn insanam. Dəfələrlə olub ki, bunu hiss etmişəm. Bəzən tədbirdə o qədər tərif eşitmişəm ki... Evə gəlib çay süzəndə stəkan iki yerə bölünüb. Hətta bir verilişdə o qədər yaxşı söz dedilər ki... Sonrada qayıtdılar ki, Gülay yeni avtomobil alıb. Yolda avtomobili idarə edəndə bir anda şüşəsi şimşək kimi çat verə-verə getdi. Şüşə çat-çat oldu".
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta