Müğənni Gülay Zeynallı başına gələn hadisəni danışıb.
Medianews.az axşam.az-a istinadən xəbər verir ki, “Afaqla onlar” verilişinə qatılan sənətçi nəzərə gəldiyini deyib:
“Allah hamını gözdən, nəzərdən uzaq etsin. Çox pisdir. Tez nəzərə gələn insanam. Dəfələrlə olub ki, bunu hiss etmişəm. Bəzən tədbirdə o qədər tərif eşitmişəm ki… Evə gəlib çay süzəndə stəkan iki yerə bölünüb. Hətta bir verilişdə o qədər yaxşı söz dedilər ki… Sonra da qayıtdılar ki, Gülay yeni avtomobil alıb. Yolda avtomobili idarə edəndə bir anda şüşəsi şimşək kimi çat verə-verə getdi. Şüşə çat-çat oldu”.