Kriştiano Ronaldo daha bir mövsüm Səudiyyə Ərəbistanında qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Mutab Əl-Avad məlumat yayıb.
"Əl-Nəsr" 39 yaşlı hücumçu ilə müqavilənin müddətini 2026-cı ilin iyununa qədər uzatmaq üçün ilkin razılığa gəlib.
Ronaldo yeni müqaviləyə əsasən, ilinə 200 milyon avro qazanacaq. Onun həftəlik qazancı, təxminən 3,8 milyon avro olacaq. Portuqaliyalı futbolçunun Ər-Riyad klubu ilə hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır.
Qeyd edək ki, Ronaldo cari mövsüm Səudiyyə Ərəbistanı çempionatında 13 oyun keçirib və 11 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta