"Barselona" yarımmüdafiəçisi Qavi ilə müqaviləni uzadacaq.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib.
Mənbənin sözlərinə görə, tərəflər yeni sözləşmənin imzalanması barədə razılığa gəliblər. Müqavilə 2031-ci ilə qədər qüvvədə olacaq. Anlaşmaya 1 milyard avroluq təzminat məbləği də daxil edilib.
Qeyd olunur ki, tərəflərin hələ həll etməli olduğu bəzi detallar qalıb.