"Bayern"in sol cinah müdafiəçisi Alfonso Davies klub ilə müqaviləsini uzatmağa hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 2030-cu ilə qədər yeni müqavilə ilə bağlı razılığa gəliblər.
Kanadalının maaşı ildə 15 milyon avro olacaq və futbolçu daha 5 milyon bonus ala biləcək.
Bundan əlavə, "Bayern" müdafiəçiyə imza bonusu olaraq 20 milyon avro ödəyəcək.
Alfonso Davisin Münxen nəhəngi ilə hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır.