AZ

Afiyəddin Məmmədova hökm oxundu

İctimai fəal Afiyəddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Afiyəddin Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəl çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif etmişdi.

Qeyd edək ki, Afiyəddin Məmmədov yaşadığı evin qarşısında bir nəfəri bıçaqlamaqda ittiham olunub. O, polis əməkdaşları tərəfindən saxlanılaraq, təqsirləndirilən şəxs qismində cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü ( xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, kiməsə xəsarət yetirmədiyini deyib.

Qeyd edək ki, Afiəddin Məmmədov “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü olub. Hərəkat bir müddət əvvəl ləğv edildiyini elan edib.


Müəllif: Hacı Zeynalov
Seçilən
10
10
teleqraf.com

10Mənbələr