İctimai fəal Afiyəddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Afiyəddin Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəl çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif etmişdi.
Qeyd edək ki, Afiyəddin Məmmədov yaşadığı evin qarşısında bir nəfəri bıçaqlamaqda ittiham olunub. O, polis əməkdaşları tərəfindən saxlanılaraq, təqsirləndirilən şəxs qismində cəlb edilib.