ABŞ Çin avtomobillərinin idxalı üzrə rekorda imza atdı
Ötən il Çindən ABŞ-yə minik avtomobillərinin idxalı rekord həddə çatıb.
Yeniavaz.com xəbər verir ki, bunu Amerika statistika xidmətinin məlumatları sübut edir.
2024-cü ilin yanvar-noyabr aylarında Çindən ABŞ-yə minik avtomobillərinin ümumi alışı 3,35 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 65% çoxdur. Digər tərəfdən, bu rəqəm 1992-ci ildən başlayaraq, bütün müşahidə dövrü üçün ən yüksək göstərici olub.
Noyabrın sonunda idxal 459,5 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin avqustundan bəri ən yüksək həddir.
Eyni zamanda, ötən ilin noyabr ayı ilə müqayisədə alış həcmi 4 dəfə, ay ərzində isə 15% artıb.
İdxalın ən böyük payını həcmi 1500 ilə 3000 kubsantimetr arasında olan daxiliyanma mühərrikli avtomobillər (1,73 milyard dollar), o cümlədən qar arabaları, qolf arabaları və analoji avtomobillər (917,8 milyon dollar) və hibrid avtomobillər (458 milyon dollar) təşkil edib.