AZ

ABŞ Çin avtomobillərinin idxalı üzrə rekorda imza atdı

Ötən il Çindən ABŞ-yə minik avtomobillərinin idxalı rekord həddə çatıb.

Yeniavaz.com xəbər verir ki, bunu Amerika statistika xidmətinin məlumatları sübut edir.
2024-cü ilin yanvar-noyabr aylarında Çindən ABŞ-yə minik avtomobillərinin ümumi alışı 3,35 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 65% çoxdur. Digər tərəfdən, bu rəqəm 1992-ci ildən başlayaraq, bütün müşahidə dövrü üçün ən yüksək göstərici olub.
Noyabrın sonunda idxal 459,5 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin avqustundan bəri ən yüksək həddir.
Eyni zamanda, ötən ilin noyabr ayı ilə müqayisədə alış həcmi 4 dəfə, ay ərzində isə 15% artıb.
İdxalın ən böyük payını həcmi 1500 ilə 3000 kubsantimetr arasında olan daxiliyanma mühərrikli avtomobillər (1,73 milyard dollar), o cümlədən qar arabaları, qolf arabaları və analoji avtomobillər (917,8 milyon dollar) və hibrid avtomobillər (458 milyon dollar) təşkil edib.
Digər tərəfdən, ABŞ 2024-cü ildə Çindən minik avtomobilləri idxal edən ölkələr arasında onuncu olub. İlk beş yeri Meksika (45,3 milyard dollar), Yaponiya (36,3 milyard dollar), Cənubi Koreya (34,8 milyard dollar), Kanada (26,2 milyard dollar) və Almaniya (22,7 milyard dollar) tutub.

Seçilən
6
1
yenilik.az

10Mənbələr