AZ

Aİ ABŞ-ın çip ixracını məhdudlaşdırmaq qərarına sərt reaksiya verib

Aİ ABŞ-ın çip ixracını məhdudlaşdırmaq qərarına sərt reaksiya verib

Avropa İttifaqı (Aİ) ABŞ-ın bəzi birlik ölkələrinə süni intellekt üçün istifadə edilən qabaqcıl çiplərin ixracını məhdudlaşdırmaq qərarına sərt reaksiya verib.Aİ Komissiyasının texnologiya üzrə vitse-prezidenti Henna Virkkunen və Aİ-nin ticarət və iqtisadi təhlükəsizlik üzrə komissarı Maros Şefçoviç ABŞ administrasiyasının süni intellekt üçün istifadə edilən qabaqcıl çiplərin ixracını sərtləşdirməyə yönəlmiş yeni tənzimləməsi ilə bağlı birgə bəyanat yayıblar.“Biz ABŞ-ın bəzi Aİ-yə üzv dövlətlərə və şirkətlərə qabaqcıl süni intellekt çiplərinin ixracına girişi məhdudlaşdıran tədbirlərdən narahatıq”, - deyə bəyanatda bildirilir.Açıqlamada Aİ-nin heç bir məhdudiyyət olmadan qabaqcıl süni intellekt çiplərini almasının iqtisadi və təhlükəsizlik baxımından ABŞ-ın marağında olduğu vurğulanıb və AB-nin xüsusilə təhlükəsizlik sahəsində ABŞ ilə sıx əməkdaşlıq etdiyi xatırladılıb.Bəyanatda qeyd olunub ki, Aİ ölkələri ABŞ-a təhlükəsizlik riski yaratmır və iqtisadi imkanlar təklif edir.Açıqlamada AB tərəfinin öz narahatlığını ABŞ-ın hazırkı administrasiyası ilə bölüşdüyü, bu mövzuda ABŞ-ın yeni administrasiyası ilə konstruktiv ünsiyyətin qurulması üçün səylərin göstəriləcəyi, süni intellekt texnologiyası və superkompüterlərin tədarükü üçün təhlükəsiz transatlantik təchizat zənciri yaradıla biləcəyi bildirilib.Qeyd edək ki, ABŞ dünən süni intellekt çiplərinin ixracı ilə bağlı yeni qaydaları açıqlayıb.Bu çərçivədə, Avstraliya, Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Yaponiya, Hollandiya, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, İspaniya, İsveç, Tayvan və Böyük Britaniya da daxil olmaqla 18 müttəfiq və tərəfdaş ölkəyə çip satışında heç bir məhdudiyyət tətbiq edilməyəcəyi, digər ölkələrə isə məhdudiyyətlərin tətbiq ediləcəyi açıqlanıb.Tənzimləmə siyahıda olmayan bir çox Aİ ölkələrinin ABŞ-dan ala biləcəyi süni intellekt çiplərinin sayına məhdudiyyətlər qoyur.

Seçilən
3
7
afn.az

10Mənbələr