AZ

ABŞ-dan şok: Türkiyə bu siyahıya daxil edilmədi

ABŞ süni intellekt üçün istifadə edilən çiplərin ixracına məhdudiyyətlər ilə bağlı yeni tənzimləmə tətbiq edib.

Turkustan.az xəbər verir ki, bununla da bəzi ölkələr üçün süni intellekt sisteminə girişə məhdudiyyətlər qoyulub.

Qeyd olunub ki, 18 müttəfiq və tərəfdaş ölkə üçün çip satışına heç bir məhdudiyyət qoyulmayacaq. Türkiyə “18 müttəfiq və tərəfdaş ölkə” siyahısında yer almayıb.

Siyahıya daxil olan ölkələr bunlardır: Avstraliya, Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Yaponiya, Niderland, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, İspaniya, İsveç, Tayvan və Böyük Britaniya. /axar.az/

Seçilən
2
3
turkustan.az

10Mənbələr