AZ

Bakıda 15 yaşlı qız itkin düşdü

Bakıda yeniyetmə qız itkin düşüb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə qızın anası S.Məmmədova Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edib.

O bildirib ki, 2010-cu il təvəllüdlü qızı N.Hüseynova yanvarın 13-ü saat 10 radələrində yaşadıqları evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Müraciətlə bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
0
8
cebheinfo.az

9Mənbələr