Bakıda yeniyetmə qız itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qızın anası S.Məmmədova Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edib.
O bildirib ki, 2010-cu il təvəllüdlü qızı N.Hüseynova yanvarın 13-ü saat 10 radələrində yaşadıqları evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Müraciətlə bağlı araşdırma aparılır.
***
İtkin düşmə kimi axtarışa elan edilmiş yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.