AZ

Ağ Ev: Qəzzada ölən mülki əhalinin sayı qəbuledilməzdir

Ağ Ev: Qəzzada ölən mülki əhalinin sayı qəbuledilməzdir

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi Qəzzada atəşkəsə nail olmağa çox yaxın olduqlarını, lakin şəhərdə İsrail əsgərləri tərəfindən öldürülən mülki şəxslərin sayının qəbuledilməz səviyyədə olduğunu bildirib.Vaşinqtondakı Xarici Mətbuat Mərkəzində Co Bayden administrasiyasının xarici siyasət hesabatını qiymətləndirən Kirbi Qəzzada atəşkəsə çox yaxın olduqlarını bildirib.Kirbi "Bayden administrasiyasının on minlərlə günahsız mülki şəxsin öldürüldüyü Qəzzada İsrailə verdiyi dəstəyi və mirası çox müzakirə olunur, bu mülki insanların öldürülməsinin qarşısını almaq üçün əlinizdən gələni etdinizmi və ya daha çoxunu edə bilməzdinizmi? sualına belə cavab verib.Kirbi, İsrailin Qəzza ilə bağlı özünümüdafiəsini hər şəkildə dəstəklədiklərini və mülki itkilərin azaldılması üçün səy göstərdiklərini müdafiə edib:"İndi mən burada durub, həlak olan mülki şəxslərin sayı məqbuldur deməyəcəm. Bu, qəbuledilməzdir. Mən real rəqəmin nə olduğunu bilmirəm. Dediyiniz kimi ola bilsin təxmini saydan çox olsun, amma say çoxdur. Hətta bir mülki itki də həddən artıq çoxdur Biz başdan etibarən israillilərlə birlikde bu itkiləri məhdudlaşdırmağa çalışdıq".Kirbi Qəzzada dinc əhali arasında itkilərin çox yüksək olduğunu etiraf edib, lakin İsrailin HƏMAS-a qarşı özünümüdafiəsinə kömək etməkdən çəkinməsinin mümkün olmadığını vurğulayıb.Digər tərəfdən Kirbi "Qəzzada atəşkəs əldə olundu" deyərək son anda açıqlama vermək istədiyini, lakin hələ tam olaraq yekunlaşmadığı üçün bu istiqamətdə açıqlama verə bilməyəcəyini bildirib.Amerikalı müşavir uzun səylərdən sonra atəşkəsə çox yaxın olduqlarını da vurğulayıb.Müqaviləni imzalamaq ərəfəsində olduqlarını, lakin yekunlaşana qədər ehtiyatlı olduqlarını qeyd edən Kirbi, Baydenin 20 yanvarda səlahiyyətlərini Tramp administrasiyasına təhvil verməzdən əvvəl atəşkəs razılaşmasını başa çatdırmağa ümid etdiklərini də söyləyib.Kirbi Fələstin məsələsində iki dövlətli həllə inandıqlarını və bunun həm İsrailin, həm də Fələstinin təhlükəsizliyi və rifahı üçün ən yaxşısı olduğunu əlavə edib.

Seçilən
5
2
afn.az

3Mənbələr